Məşhur futbolçu "Qarabağ"la oyun ərəfəsində “Olimpiakos”u tərk etdi

“Olimpiakos”un futbolçusu Kostas Manolas klubu tərk edib.

Newsport.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. O, karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şardja” komandasında davam etdirəcək. “Kostas Dubay klubundan yaxşı təklif aldığı üçün klubu tərk edir” – deyə sport24.gr saytı yazıb.

Hələlik Pirey təmsilçisi bu keçidlə bağlı rəsmi məlumat yaymayıb.

Yunanıstan milllisinin 31 yaşlı mərkəz müdafiəçisi “Olimpiakos”a bu ilin yanvarında “Napoli”dən transfer olunmuşdu. Onun bu komandada budəfəki çıxışı 9 ay çəkib. “Olimpiakos” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidir. Monalos Ağdam klubu da daxil olmaqla bu yarış üçün sifariş olunmuşdu. O, qrup mərhələsində "Nant"la (Fransa) oyunda 90 dəqiqə meydanda olub. Ümumilikdə, Manolas ötən mövsüm 14, bu mövsüm isə 8 oyunda meydana çıxıb.

Xatırladaq ki, "Olimpiakos"la "Qarabağ" arasında ilk matç oktyabrın 6-da Pireydə,  cavab görüşü oktyabrın 13-ü Bakıda keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah