Millimizin Slovakiya ilə oyun üçün iştirak ərizəsi

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Slovakiyanın qonağı olacaq millimizin sözügedən görüş üçün iştirak ərizəsi açıqlanıb.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, milliyə dəvət olunan 3 futbolçu iştirak ərizəsindən kənarda qalıb.  Mahir Emreli cəzalı olduğu üçün sözügedən görüşü buraxacaq. Rüstəm Əhmədzadə və Qismət Əliyev isə baş məşqçi Canni de Byazinin qərarı ilə matçda iştirak edə bilməyəcək.

Millimizin Slovakiya ilə oyun üçün iştirak ərizəsi

Qapıçılar: Şahrudin Məhəmmədəliyev, Emil Balayev, Səlahət Ağayev

Müdafiəçilər:  Bədavi Hüseynov, Bəhlul Mustafazadə,  Cəlal Hüseynov, Amin Seydiyev, Höccət Haqverdi, Abbas Hüseynov, Anton Krivotsyuk

Yarımmüdafiəçilər : Toral Bayramov,  Elvin Cəfərquliyev, Riçard Almeyda, Filip Ozobiç, Aleksey İsayev, Elvin Camalov, Anatoli Nuriyev, Eddi İsrafilov, Emin Mahmudov, Ozan Can Kökcü

Hücumçular: Ramil Şeydayev, Musa Qurbanlı, Renat Dadaşov

Qeyd edək ki, bu gün keçiriləcək Slovakiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah