Millətlər Liqası: Azərbaycan millisi Slovakiyaya qalib gəldi Yenilənir

Azərbaycan millisi Millətlər Liqasının 2022/23 mövsümündə son səfər matçına çıxıb.

Newsport.az xəbər verir ki, yığmamız Slovakiyanın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.Bu komandaların Bakıdakı oyununda Slovakiya millisi 1:0 hesablı qələbə qazanmışdı.

Bu qələbə ilə xalını 7-yə yüksəldən millimiz turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Qrupun digər matçında Qazaxıstan Belarusa 2:1 hesabı ilə qalib gələrək qrup lideri kimi B liqasında vəsiqəni təmin edib.

Qeyd edək ki, Azərbaycan növbəti görüşünü sentyabrın 25-i "Dalğa Arena"da Qazaxıstana qarşı keçirəcək. Oyun saat 20:00-da başlayacaq.

22 sentyabr

Millətlər Liqası, 5-ci tur

C liqası, 3-cü qrup

22:45. Slovakiya – Azərbaycan - 1:2

Qollar: Renat Dadaşov, 44 (0:1), Jirka, 90+3-pen (1:1), Höccət Haqverdi, 90+5 (1:2)
Baş hakim: Vilyarm Kallum (Şotlandiya)
Trnava. Anton Malatinski stadionu

Qazaxıstan - Belarus - 2:1

Qollar: Qabuşev, 29 (1:0), Savitski, 45+3, Zeynutdinov, 79





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah