"Neftçi" barədə düşünmürük" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında VII turun “Zirə” – “Qarabağ” (1:7) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Futbolçularımı təbrik edirəm. Çox yaxşı performans göstərdilər. Vacib qələbə idi. Hesabda irəli olduqda belə, dayanmır,s ürəti artırıdılar. Bu, çox vacibdir. Sıx qrafikdəyik. Ümumən alınmadı. Sıx qrafikdə çox əziyyət çəkdilər. Çətinliklərə dözdülər və sonr akiçik bir uğur əldə etdilər.

- Musa Qurbanlı çempionatın bombardiridir? Sizcə, o, milli üçün hazırdır?
- Hələ “Qarabağ” üçün tam hazır olmalıdır, sonra milli üçün. Bu barədə fikir bildirə bilmərəm. Yığmanın öz idarəediciləri var.
- Ozobiçdən sonra illərdir, yerli bazardan legioner transferi görmürük. Digər klublarda diqqətinizi çəkən oyunçular varmı?
- Hər futbolçunun öz müqaviləsi var. O vaxt şans düşdü, istifadə etdik. Yerli çempionatdakı futbolçuları da izləyirik. Bəyəndiyimiz oyunçular da var. Kimləsə bağlı fikir bildirsək, düzgün çıxmaz. Ancaq nəzarətimizdədir.

- “Zirə”yə 7 qol vurduz. Bu nəticəni növbəti turun "Neftçi" ilə oyunu üçün ismarıc kimi görürsüz?
- Xeyr. “Neftçi” barədə düşünmürük. Futbolçularımızı oyundan oyuna daha yaxşı hazırlaşdırmaq barədə fikirləşirik. “Neftçi” ilə matça var. Təəssüf ki, bütün futbolçularla hazırlaşa bilməyəcəyik. Bu oyunun onn heç bir aidiyyatı yoxdur.

- Dediz ki, Musa hələ “Qarabağ” üçün hazır olmalıdır. Bu gün əlinə düşən bütün imkanlardan yararlandır. Hazır olmaq üçün nə etməlidir?
- Qol vuran futbolçuya maraq çox olur. Bu gün 4 qol vurması tam hazır olması demək deyil. Mənim üçün vacib olan stabil göstəridilərdir. Hazırlıq mərhələləri var, bunların hamısını keçməlidir. Burda çempionat, avrokubok oyunları var. Psixoloji amil vacibdir. Gündən günə inkişaf varsa, yaxşılığa doğru gedir. Öz üzərində çox çalışmalıdır. Məşqçilər olaraq bütün oyunçşuların idman formasını yaxşılaşdırmaq istəyirik.

- “Nant”la oyundan sonra “Qarabağ”ın yorğun, ağır olacağı gözlənilirdi. Meydanda əksini gördük...
- Bu gün də rotasiyalar etmişdik. Çox da uğurlu alındır. Bu, mənə inam verir. Avrokubokda yaxşı səviyyədə oynamaq üçün çempionatda yaxşı oynamalıyıq. Bütün oyunçular yaxşı motivasiya olunmuşdular. Avropada az oynayan futbolçular çempionat oyunlarını gözləyirlər. Buna sevinirəm. Hrə məşqçinin öz düşüncələri var. Yorğunlua barədə çox düşünmək istəmirik. Bəzən bu, qaçılmazdır. İnsan robot deyil. Müəyyən həddə qədər getmək olur. Yorğunluq olmamasına çalışsaq da, bəzən bu, qaçılmazdır.

- Millinin oyunlarının komandanın formadan düşməsinə səbəb olmayacaq? Milliyə gedənlərin arasında zədələnənlər də ola bilər...
- Neqativ yanaşmayaq. Bəzi oyunçulara istirahət çox vacibdir. Əlimizdə 3-4 futbolçu qalır. Digərləri 3-4 gündən bir oynayacaq. Legionerlərimiz arasında da gedənlər olacaq. Oyunçularımız çox yükləmədə olacaqlar. İstərdim ki, 10 gün bir yerdə olsunlar. Edəcək bir şey yoxdur.

- Hücum xətti üçün azad agentlərə baxırsız?
- Bizdə baxış daim gedir. Nə vaxt alınsa, istifadə edəcəyik.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah