“Turan Tovuz”da afrikalı müdafiəçi

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Tovuz təmsilçisi Cənubi Afrika Respublikasından olan müdafiəçi Siyanda Xulunu transfer edib.

31 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına ölkəsinin “Mamelodi Sandaunz” klubunda başlayan futbolçu “Kayzer Çifs”, “Maritzburq Yunayted”, Rusiyada isə “Rostov”un formasını geyinib. O, son olaraq İsrailin “Hapoel” (Təl Əviv) komandasının şərəfini qoruyub.

Siyanda Xulu əsas millidə 16 oyuna çıxıb və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right