Rövnəq Abdullayev İslamiadada medal qazanan milli komandanı təbrik etdi

AFFA prezidenti Rövnəq Abdullayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvlərini təbrik edib.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki. R.Abdullayev telefonla zəng edərək, təbrikini komandaya çatdırıb.

Qeyd edək ki, yığma 3-cü yer uğrunda oyunda Əlcəzairlə görüşüb. Matçın əsas vaxtı qolsuz başa çatdığından, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq (4:3) oynayan Azərbaycan millisi bürünc medala sahib çıxıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah