"Neftçi" "Kəpəz"ə, "Qəbələ" "Şamaxı"ya qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son oyun günündə 2 matç keçirilib. "Şamaxı" səfərdə "Qəbələ"nin qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər matçında isə "Neftçi" vaxtilə əzəli rəqibi olan "Kəpəz"i qəbul edib. 7 qolun vurulduğu oyunda meydan sahibləri qalib gəlib - 5:2.

14 avqust (bazar)

20:30. “Neftçi” – “Kəpəz” - 5:2 

Qollar: Solomon Kvirkveliya, 11 (1:0), Emin Mahmudov, 12 (2:0), Kenni Sayef, 15 (3:0), Eddi İsrafilov, 51 (4:0), Abdullahi Şuaybu, 57 (4:1), Yeqor Boqomolski, 89 (5:1), Nicat Süleymanov, 90+3 (5:2)
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
“Bakcell Arena”

18:20. “Qəbələ” – “Şamaxı” - 3:1 

Qollar: Rövlan Muradov, 8 (1:0), Murad Musayev, 10 (2:0), Felipe Santos, 20 (3:0), Amil Yunanov, 56 (3:1)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right