Azərbaycan çempionatları tarixində 13000-ci qol vuruldu

Azərbaycan çempionatları tarixində 13000-ci qol vurulub.

 

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qolu Azərbaycan Premyer Liqasının I turunun “Sabah” – “Sumqayıt” görüşünə (3:0) təsadüf edib.

 

Qarşılaşmadakı sonuncu qolun müəllifi olan Kristian Sebalyos ölkə çempionatlarının 30 illik tarixinə düşüb. O, 13000 qolun müəllifi olub.

 

Bu, baş tutan 5100-cü qarşılaşmaya təsadüf edib. Daha 278 matçda texniki nəticə qeydə alınıb.

 

Qeyd edək ki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right