Musa Qurbanlı və Ramil Şeydayev üçün yubiley

Musa Qurbanlı və Ramil Şeydayev “Qarabağ”ın formasında Premyer Liqada yubiley qollarına imza atıblar.

 

Newsport.az xəbər verir ki, hər iki futbolçu Ağdam təmsilçisinin heyətində 10-a çatıb.

 

Bu, Misli Premyer Liqasının I turunda gerçəkləşib. “Səbail” üzərində 3:1 hesablı qələbə zamanı hesabı açan Musa 10-cu qolunu 21-ci oyununda vurub. Dubl müəllifi olan Ramil isə “Qarabağ”dakı 41-ci çempionat görüşündə bunu bacarıb. O, Azərbaycan çempionatında “Qarabağ” forması ilə ən azı 10 qol vuran 40-cı futbolçu olub. “Səbail”lə görüşədək 38 oyunçu bunu bacarmışdı.

 

Qeyd edək ki, Premyer Liqadakı ümumi qol sayında Şeydayev 16-ya, Qurbanlı 11-ə çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right