“Neftçi”nin futbolçusu əməliyyat olundu

“Neftçi”nin əvəzedicilərdən ibarət komandasının müdafiəçisi Fariz Xeyrullayev klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da əməliyyat olunub.

Newsport.az-ın məlumatına görə, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Uğurlu keçən əməliyyatdan sonra stosionar şəraitdə terapevtik müalicə alan 18 yaşlı futbolçu bir neçə gündən sonra evə buraxılacaq.

Məşq zamanı qolu sınmış Fariz Xeyrullayev sağ bazu sümüyünün cisminin parçalı yerdəyişmiş sınığı diaqnozu ilə hospitala yerləşdirilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right