Mahmud Qurbanov: "Ruhdan düşmək fikrimiz yoxdu"

Premyer Liqanın birinci turunun "Qarabağ" - "Səbail" matçından sonra qonaq komandanın baş məşqçisi Mahmud Qurbanov mətbuat konfransında iştirak edib.

 

Newsport.az xəbər verir ki, 49 yaşlı mütəxəssis görüşlə bağlı bunları deyib:

 

- Çempiona qarşı heç də pis təsir bağışlamadıq. Düzdü, daha yaxşısına ümid edirdik. Qarşımızda "Qarabağ" var idi, amma pis oynamadıq. Aqressivlik var idi, hücum qurmaq istədik. Yaxşı qol epizdolarımız var idi ki, hesabı açaq. Amma bacardığımız qədər oynadıq. Qarşıdakı oyunlara baxacağıq. Uduzsaq da, komandanın göstərdiyi oyuna və aqressivliyinə görə razı qaldıq. Qarşıda çox oyun var. Nəticə qazanmaq istəyəcəyik. Həm də yaşxı oyun göstərmək istəyirik. Bir çox futbolçumuz yenidi. Bu gün üçün də heç pis deyildik. Düzdü, uduzduq, amma qarşımızda keçən ilki çempion"Qarabağ" idi.

 

- Futbolçularınızın tez-tez bir-birilə söz atışması olurdu...

- Futbolçulara deyirik ki, danışın bir-birinizlə .Ola bilər ki, ondan irəli gəlir. Əslində, komandada mehribanlıq var. Sadəcə bir çox futbolçu yenidi, anlaşa bilmirlər, bir-birini başa düşmürlər. Müdafiəçilərimiz xaricidi. Dil baxımından da problemimiz var. Oyunda belə şeylər olur. Komanda şəklində yaxşıyıq.

 

- İstədiyiniz komandanın yaranması üçün nə qədər vaxt lazımdı?

- Oyunçular yenidi, hərəsi bir klubdan gəlib. Ötən mövsüm öz komandalarında hərəsi fərqli futbol oynayıb. Yaxşı nəticə istəyirik. Vaxt lazımdı. Tezliklə yoluna qoymaq istəyirik.

 

- Yeni transferlərdən istədiyinizi ala bilirsiz?

- Pis deyildilər. Gözləntilərimiz çoxdu. Qarşıdakı oyunlara baxacağıq. Özlərini göstərəcəklər.

 

- "Qarabağ"a məğlubiyyət komandada növbəti matçlarda inamsızlıq yaratmayacaq?

- Yaxşı nəticə ilə başlamaq istəyirdik. Amma əfsuslar olsun ki, uduzduq. Ruhdan düşmək fikrimiz yoxdu. Yeni komandamız var. İsəyirik ki, bütün çempionat ərzində özümüzü göstərək.

 

- Adil Nağıyevin gedişi haqda fikriniz nədir?

- Adilin gedişindən sonra Vüqar Həsənov adlı mərkəz müdafiəçimiz var. Oyunçular axtarırıq. Nağıyev problemi həll olunub, "Şamaxı"ya keçib. Ona uğurlar arzulayırıq. Oyun baxımından onunla ayrıldıq. Daha çox oynamaq istəyirdi. Əfsuslar olsun ki, bu, mümkün deyil. Hamı istəyir əsas heyətdə oynasın. Amma bu, hər dəfə olmur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right