"Lex"in kapitanı: "Qarabağ" bizi təəccübləndirmədi"

"Lex"in kapitanı Maykl İshaq Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində ötən gün "Qarabağ"a qalib gəldikləri ilk matç (1:0) barədə danışıb. 

Newsport.az-ın məlumatına görə, 29 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında Ağdam təmsilçisinin oyununun onları təəccübləndirmədiyini deyib: 

"Bu matç üçün yaxşı planımız var idi. Qələbənin mükəmməl yolunu tapdığımızı hiss etdik. Sona qədər mübarizə apardıq və bu, qələbəyə gətirib çıxardı. “Qarabağ” bizi təəccübləndirmədi. Rəqib çox yaxşı komandadır, avrokuboklarda böyük təcrübələri var. Onlara topla oynamağa imkan verdik. Amma yaxşı nəticə əldə etdiyimiz üçün sevinirik".

Qeyd edək ki, "Qarabağ"la "Lex" arasındakı cavab oyunu iyulun 12-si Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right