"Qəbələ" israilli ilə müqavilə imzaladı

"Qəbələ" növbəti transferini həyata keçirib. 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi israilli yarımmüdafiəçi Feras Abu-Akalla anlaşıb.

25 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb. O, 6 nömrəli formanı geyinəcək.

Feras "Hapoel İroni", "Aşdod" klublarında çıxış edib.

"Qəbələ" Ferasa qədər İlkin Qırtımov, Səlahət Ağayev və Felipe Santosu transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right