"Qəbələ" "Qaziantep"ə uduzdu Yenilənib

2022-2023-cü illər mövsümünün hazırlığını davam etdirən “Qəbələ” ilk yoxlama oyununu keçirəcək.

Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində “Qaziantep”lə görüşəcək.

Super Liqa təmsilçisi ötən mövsümdə çempionatı 15-ci pillədə başa vurub. Bu qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. 

Xatırladaq ki, qonşu ölkədə 2 matça çıxacaq “Qəbələ” iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.

Yoxlama oyunu

5 iyul

17:30. “Qəbələ” – “Qaziantep” 1:2 
Qollar:
 
Ülvi İsgəndərov, 70 - Ciloboci 7, Aleksandru Maksim, 66
"Qəbələ": Səlahət Ağayev, Asif Məmmədov, Murad Musayev, Ruan Renato, Məqsəd İsayev, İlkin Qırtımov, İsnik Alimi, Felipe Santos, Rafael Alemao, Rövlan Muradov, Emil Səfərov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right