Mərakeşlinin "Turan Tovuz"a keçidinə nə mane oldu?

Premyer Liqaya hazırlaşan "Turan Tovuz" doğma şəhərində çalışmalarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, düşərgəyə dəvət olunan iki legionerdən biri komandanı tərk edib. 

Belə ki, Mərakeş millisinin və "Qarabağ"ın sabiq üzvü Faysal Rerras "Turan Tovuz"da qalası olmayıb. Buna səbəb isə zədə məsələsidi. Nika Ketsuriani isə məşqləri davam etdirir. Məsələ ilə bağlı komandanın baş məşqçisi Ayxan Abbasov saytımıza qısa açıqlama verib:

"Nika bizimlədi, məşqlərdədi. Çalışmaları komandanın tərkibində davam etdirir. Faysal Rerrasa gəlincə, o, Bakıdakı hazırlıq dönəmində zədələndi. Bir az hazır deyildi, artıq çəkisi də var idi. Zədələndi və məşqlərə geri dönməsi üçün iki həftə, bəlkə də daha çox vaxt lazım gəlirdi. Buna görə də geri qayıtdı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right