Millimiz Superfinala vəsiqə qazandı

Bu gün çimərlik futbolu üzrə Azərbaycan millisi Avroliqada növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Zeynal Zeynalovun rəhbərlik etdiyi kollektiv İspaniya ilə qarşılaşıb.

Millimiz rəqibinə 4:6 hesabı ilə uduzub. Millimizin qollarını Orxan Məmmədov, Emin Mehtiyev, Comərd Baxşəliyev və Sabir Allahquliyev vurub.

Bundan əvvəl isə millimiz İtaliyaya 3:7 uduzub, Almaniyanı 6:5 məğlub etmişdi. 

Hazırda millimiz 3 xalla qrupda İspaniya və İtaliyadan sonra 3-cü pillədədi.

Azərbaycan millisi son görüşdəki məğlubiyyətə baxmayaraq 6-11 sentyabrda İtaliyada keçiriləcək Superfinala vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right