Millimiz Almaniyanı məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Portuqaliyanın Nazare şəhərində Almaniya yığması ilə qarşılaşan Zeynal Zaynalovun yetirmələri 6:5 hesablı qələbə qazanıb. Hüseyn Axundovun dubl etdiyi oyunda millimizin digər qollarını Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov və Elçin Qasımov vurub.

Komandamız seçmə mərhələdə növbəti oyununu sabah İspaniya millisinə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right