"Səbail" argentinalı futbolçu aldı

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi argentinalı yarımmüdafiəçi Franko Mazureki transfer edib.

29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mazurek Argentinada "Boka Xuniors", "Oll Boyz", Bolqarıstanda "Levski" (Sofiya) komandalarında oynayıb. Son olaraq Kiprin "Etnikos" klubunda çıxış edən vinger, Yunanıstanın "Panetolikos" klubunda da oynayıb.

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah