"Neftçi"nin rəqibi afrikalı vingerlə müqavilə bağlayıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i növbəti transferini açıqlayıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi seneqallı futbolçu Yannik Qomisi heyətinə qatıb. 30 yaşlı hücumameylli yarımmüdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Afrikalı vingerin son klubu Fransa "Genqam"ı olub.

Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right