"Neftçi" Türkiyə klubu ilə üz-üzə gələcək

"Neftçi"nin Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışında yoxlama matçı keçirəcəyi rəqiblərdən biri bəlli olub.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" ötən mövsüm I Liqaya vəsiqə qazanan "Sakaryaspor" klubu ilə qarşılaşacaq.

İyulun 6-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək kİ. iyulun 1-də Boluya yollanacaq "Neftçi" hazırlıq çərçivəsində 3 yoxlama matçında qüvvəsini sınamağı planlaşdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right