"Qarabağ"ın legioneri: "Lex"lə oyunlarda da hücum futbolu göstərəcəyik"

“İlk oyunumuzu səfərdə keçirəcəyik. Lakin həmişə hücum futbolu sərgiləyirik. Yəqin ki, yenə belə olacaq”.

Newsport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa “Lex”inə qarşı keçirəcəkləri görüşlər barədə danışarkən deyib.

Monteneqro millisinin müdafiəçisi ilk matçın Poznanda keçirilməsinin Azərbaycan klubunun lehinə olduğunu bildirib: “Cavab matçını evdə keçirməyimiz yaxşıdır. Poznandan əlverişli nəticə ilə dönmək vacibdir. Öz stadionumuzda yaxşı atmosfer olur. Ona görə də daha asan olacaq”.

“Qarabağ”dan əvvəl 2018 - 2021-ci illərdə Polşada “Legiya”nın formasını geyinmiş Veşoviç orada xoşagəlməz anlar yaşadığını etiraf edib: “Klubdakı insanlarla problemim var idi. Mənə sayqı ilə yanaşmadıqlarını hiss etdim. Bərpa dönəmindəki hərəkətləri mənə hörmət etmədiklərini göstərdi. Ailəm və hətta azarkeşlər də nə baş verdiyini bilirdilər”.

Qeyd edək ki, “Qarabağ” “Legiya” ilə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah