Mərakeş millisinin sabiq üzvü ölkəmizə gəldi

"Qarabağ" və Mərakeş millisinin sabiq üzvü Faysal Rerrasın "Turan Tovuz"a keçmək ehtimalı olması barədə xəbər vermişdik.

Newsport.az saytına verilən məlumata görə, müdafiəçi artıq Bakıya gəlib bə "Turan Tovuz"un məşqlərinə qoşulub.

Ayxan Abbasovun şəxsən sərəncamında görmək istədiyi futbolçu ilə müqavilə imzalanıb-imzalanmayacağı yaxın günlərdə dəqiqləşəcək. Məsələ burasındadır ki, futbolçu baxışdan uğurla keçərsə, "Turan Tovuz" onunla rəsmi müqavilə imzalayacaq.

"Sent-Trüden", "Hart", "Hibernian", "Mexelen", kimi klublarda oynamış 29 yaşlı müdafiəçi son dəfə "Levski"də(Sofiya) çıxış edib. Ötən mövsümü isə futbolçu klubsuz başa vurmuşdu. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right