“Neftçi” Türkiyəyə gedir

“Neftçi” 2022/2023 mövsümünə hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək. 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, taktiki və texniki çalışmalardan ibarət olacaq bu mərhələ iyulun 1-dən 15-dək Bolu bölgəsində təşkil olunacaq. Ayın 1-də qardaş ölkəyə yollanacaq paytaxt təmsilçisi 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunların günü və rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Toplanışın fiziki hazırlığa həsr olunan ilk mərhələsinə iyunun 17-də başlayan “ağ-qaralar” Futbol Mərkəzində davam etdirir.

Qeyd edək ki, “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da, cavab matçı isə ayın 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah