"Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün 2 yoxlama matçı keçirəcək.

Newsport.az-ın məlumatına görə, "köhlən atlar" günün ilk oyununda Almaniyanın "Holştayn Kiel" komandası ilə üz-üzə gələcək. "St. Ulrix" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Toplanışın və günün son matçında isə rəqib Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. "Yenbax" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

"Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda Rumıniyanın "Botoşani" komandasını darmadağın edib - 4:0.

Yeni mövsümə Türkiyənin Bolu şəhərində hazırlaşan "Zirə" isə ilk sınağına çıxacaq. "Qartallar" Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Yoxlama oyunları

29 iyun

14:00. "Qarabağ" - "Holştayn Kiel" (Almaniya)

"St. Ulrix" stadionu

20:30. "Qarabağ" - “Universitatya Krayova” (Rumıniya)

"Yenbax" stadionu

18:00. "Zirə" - "Hermanştadt" (Rumıniya)

Bolu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right