Höccət Haqverdi "Sumqayıt"da qaldı

Milli komandamızın müdafiəçisi Höccət Haqverdinin yeni mövsümdə hansı klubda oynayacağı məlum olub.

Newsport.az saytının məlumatına görə, "kimyaçılar"la 1 illik müqaviləsi olan 29 yaşlı futbolçu komandada qalacaq. Təcrübəli futbolçu maaşının azaldılmasına razı olub. Onun illik 120 min dollar olan maaşı 100 min dollara endirilib.

Qeyd edək ki, Höccət Haqverdi başa çatan mövsümdə "Sumqayıt"ın heyətində meydana çıxdığı 29 matçda bir qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right