“Mançester Siti”nin sabiq futbolçusu “Neftçi”də

“Neftçi” İsraildən daha bir futbolçunu heyətinə qatacaq. Newsport.az xəbər verir ki, “ağ-qaralar” Hayfa “Makkabi”sinin hücumçusu Qodsvey Donyönü heyətinə qatacaq.

Artıq tərəflər arasında ilkin danışıq baş tutub. “Ağ qaralar”ın yeni baş məşqçisi Laurentsiu Reqhekmpf da Donyönün transferində maraqlıdır.

27 yaşlı qanalı futbolçu karyerasına ölkəsində başlayıb. Onun ilk peşəkar klubu isə “Mançester Siti” olub. Qodsvey İngiltərə nəhənginə keçdikdən sonra İsveçin “Yurqarden” klubuna icarəyə verilib. 2014/2015 mövsümündə isə o, “Falkenberqs”də oynayıb. Daha sonra o, “Nordsyelland” klubuna transfer olunub. Donyö 4 il oynadığı Danimarka klubunda 76 dəfə meydana çıxıb və 26 qola imza atıb. Daha sonra Drezden “Dinamo”sunda 6 ay icarədə oynayıb. 2020-ci ildən isə Hayfa “Makkabi”sinin üzvüdür. Bu komanda ilə meydana çıxdığı 54 oyunda 13 dəfə rəqib qapılarına yol tapıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right