“Cəbrayıl” UEFA Region Kubokunda ilk matçına çıxır

Bu gün UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin 2-ci qrupunda ilk oyun keçiriləcək.

Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Cəbrayıl” Belarusun “Kolos” komandası ilə qarşılaşacaq. Oyunu Polşa və İsraildən olan hakimlər idarə edəcək.

Xatırladaq ki, 1-ci qrupun ilk tur matçında Gürcüstanın “Basiani” komandası Estoniya təmsilçisi “Tallinna Zapoos”u 3:1 hesabı ilə yenib. İlkin mərhələnin bütün oyunları Azərbaycanda keçirilir.

UEFA Region Kuboku
İlkin mərhələ, 2-ci qrup
24 iyun

16:00. Kolos – Cəbrayıl
Baş hakim: Damian Silvestrjak, Bartoş Kaşinsk (hər ikisi Polşa), Paskal Hirzel, Luka Sibelli (hər ikisi İsveçrə).
Şamaxı şəhər stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right