Mehman Allahverdiyev yenidən “Kəpəz”də

Əməkdar məşqçi Mehman Allahverdiyev yenidən "Kəpəz"ə qayıdıb. 

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ayrı-ayrı vaxtlarda "sarı-göylər"in baş məşqçisi, vitse-prezidenti və icraçı direktoru olan M.Allahverdiyev klubun idman direktoru vəzifəsinə təyinat alıb. Onunla bir illik müqavilə imzalanıb.

Xatırladaq ki, "Kəpəz" müstəqillik dönəmində ən böyük uğurlarını Mehman Allahverdiyevin rəhbərliyi altında qazanıb. Nizami yurdunun təmsilçisi 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub, çempionatın gümüş və bürünc medallarını qazanıb.
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right