“Neftçi”dəki qazancının üçdəbir hissəsini aliment ödəyəcək

“Neftçi”nin yeni baş məşqçisi Laurensiu Reqekampf tanınmış futbol meneceri Anamariya Prodanla boşanma prosesindədir.

Newsport.az Ruminiya mətbuatına istinadən xəbər verir ki, məhkəmədə əsas müzakirə mövzusu cütlüyün Bebeto kimi tanınan oğlu kiçik Laurensiu Reqemkampfla bağlı olub. digisport.ro saytının bu gün yazdığına görə, məhkəmənin Laurensiu Reqekampfın öz oğlu ilə nə vaxt görüşə biləcəyi və ona görə ödəniləcək alimentin məbləği bəlli olub.

Qərara əsasən, o, oğlunu həftədə 2 dəfə (2 və 4-cü günlər) öz evinə apara bilər. Bundan başqa, ata Laurensiunun oğlunu bir ay – konkret olaraq iyulda yanında saxlamaq hüququ var.

Alimentə gəlincə,  məhkəmə qərarına əsasən, “Neftçi”nin baş məşqçisi aylıq gəlirinin 1/3 hissəsini aliment kimi oğluna ödəməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right