Zaur Əzizov: "Bəzi oyunçularla ilkin razılıq əldə olunub"

“Yeni futbolçuların transferi ilə bağlı uzun müddətdir danışıqlar gedir”.

Newsport.az-in məlumatına görə, bunu “Neftçi”nin idman direktoru Zaur Əzizov bu gün təşkil olunan mətbuat konfransında deyib.

Klub rəsmisi, yeni baş məşqçi Laurentsiu Regekampfla transferlərlə bağlı müzakirə apardıqlarını bildirib:

“Baş məşqçi ilə bir neçə gündür transfer mövzusunda müzakirə aparırıq. Bəzi oyunçularla artıq ilkin razılaşmalar var. Yeni oyunçuların uğurlu olması üçün əlimizdən gələni edirik. İnanırıq ki, onlar komandamıza kifayət qədər kömək edəcəklər”.

“Neftçi” Regekampfla 2 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right