"Cəbrayıl" UEFA Region Kubokunda mübarizəyə başlayır

Xəbər verdiyimiz kimi, UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunları Azərbaycanda keçiriləcək.

 

Newsport.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edəcək Region Liqasının 2021/2022-ci illər mövsümünün qalibi “Cəbrayıl” komandası ilkin mərəhələnin II qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə qarşılaşacaq. İlkin mərhələnin I qrupunda isə Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları mübarizə aparacaq.

 

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq. 23-29 iyun tarixlərində keçiriləcək

 

UEFA Region Kubokunun ilkin mərhələ oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

 

I qrup
 
“Basiani” - “Tallinna Zapoos”
23 iyun. ASK Arena
 
“Tallinna Zapoos” - “Kaskelen”
25 iyun. ASK Arena
 
“Kaskelen” - “Basiani”
27 iyun. ASK Arena
 
II qrup
 
“Kolos” - “Cəbrayıl”
24 iyun. Şamaxı şəhər stadionu
 
“Cəbrayıl” - “Kolos”
26 iyun. Şamaxı şəhər stadionu
 
FİNAL
 
I qrupun qalibi – II qrupun qalibi
29 iyun. Şamaxı şəhər stadionu
 
Qeyd: Bütün oyunlar saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right