“Səbail”də daha bir ayrılıq

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, paytaxt klubu Məhəmməd Mirzəbəyovun müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq onunla yolların ayrılması barədə qərar qəbul edib.

Futbolçuya gələcək karyerasında uğurlar arzulanıb.

“Dənizçilər” daha öncə Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov, Mirsahib Abbasov və Rauf Əliyevlə də yollarını ayırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right