"Qəbələ"nin oyunu 36 manata

"Qəbələ" Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar" klubu ilə qarşılaşacaq.


Newsport.az xəbər verir ki, bu komandalar arasında ilk görüş Macarıstanda baş tutacaq. "MOL Arena"dakı görüşün biletlərinin qiyməti məlum olub. Belə ki, matçın biletləri 8000 forintlə (36 manat) 1000 forint (4,50 manat) arasında dəyişir.


Qeyd edək ki, "Fehervar" - "Qəbələ" matçı 21 iyul tarixində baş tutacaq. Bu komandalar arasında cavab oyunu bir həftə sonra Qəbələdə olacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah