"Qarabağ"ın rəqibi portuqaliyalı futbolçu ilə anlaşıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşa "Lex"i yeni futbolçu ilə anlaşıb.

Newsport.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Poznan təmsilçisi Portuqaliyanın "Belenenseş" klubunun hücumameylli yarımmüdafiəçisi Afonsu Souza ilə şəxsi müqavilənin detallarını razılışdırıb. Rəsmi sözləşmənin yaxın günlərdə imzalanacağı bildirilib.

Qeyd edək ki, "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right