"Zirə"nin yeni transferi keçmiş komandası ilə vidalaşdı FOTO

Azərbaycan milli komandasının üzvü Rəhim Sadıqov "Sumqayıt"dan ayrılaraq "Zirə"yə keçib.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı futbolçu instaqram hesabında "gənclik şəhəri" təmsilçisi ilə vidalaşıb. O, şəxsi hesabında bunları yazıb:

"Sumqayıt"la birgə addımladığımız yolun sonuna çatdım. Rəhbərliyə, məşqçi heyətinə, tibbi personala, inzibati heyətə və bu 3 il ərzində işləmək imkanı qazandığım hər kəsə təşəkkürümü bildirirəm. Qəbul etdiklərinə və dəstəklədiklərinə görə klubun azərkeşlərinə xüsusi minnətdarlığımı çatdırıram!".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right