"Kəpəz" "Traktor"da oynamış müdafiəçini istəyir

eni mövsümdən Premyer Liqada çıxış edəcək "Kəpəz" heyətini gücləndirmək üçün bir çox futbolçu ilə danışıq aparır.

Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi son olaraq "Traktor"da çıxış etmiş Peyman Keşavarzı heyətinə qatmaq istəyir.

Gəncə klubunun məşqçilər korpusu onu Bakıdakı toplanışa dəvət edəcək. Əvvəllər "Səbail"də oynamış futbolçunun “Kəpəz”lə bir illik müqavilə imzalayacağı gözlənilir. 26 yaşlı futbolçu karyerası ərzində “Maşinsazi”, “Esteqlal”, “Qostareş” klublarında oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right