Namik "Bursaspor"la belə vidalaşdı

"Bursaspor"dan ayrılıb, "Sabah"la müqavilə imzalayan Azərbaycan millisinin üzvü Namik Ələskərov Türkiyə təmsilçisi ilə vidalaşıb. 

Newsport.az xəbər verir ki,27 yaşlı yarımmüdafiəçi bu barədə öz İnstaqram hesabında paylaşım edib. O, yazıb:

"Dəyərli "Bursaspor" ailəsi və sevənləri, sizinlə unudulmaz bir il keçirdim. Nəticə istədiyimiz kimi olmasa da, komandanın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Səhvlərim olubsa, bağışlayın. "Bursaspor"un ən qısa zamanda layiq olduğu yerlərə gələcəyinə əminəm. Nəticədə qaydalara görə, klubdan ayrılmaq məcburiyyətində qaldım. Rəhbərliyə, məşqçilər və işçi heyətinə, xüsusilə də azarkeşlərə sonsuz təşəkkürümü bildirirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right