Namik Ələskərov bu kluba keçdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərov komandanın uğurları üçün çalışacaq. 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.

Namik karyerası ərzində ölkəmizdə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə “Bursaspor”u olub.

Ələskərov “Sabah”da 17 nömrəli formada çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right