"Qəbələ" "Şamaxı"dan ayrılan legioneri transfer edib

2022-2023 mövsümünün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" yay fasiləsində üçüncü transferini gerçəkləşdirib.

Əyalət təmsilçisi heyətini braziliyalı hücumçu Felipe Santosla gücləndirib. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Ötən mövsümü “Şamaxı”da keçirən Santos Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub. O, bunadək Braziliyada “Paulista” (2014-2016), Sloveniyada “Ankaran Hrvatini” (2017-2018) və “Maribor”da (2018-2021) çıxış edib.

Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov və Səlahət Ağayevi heyətinə qatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right