Şuşada beynəlxalq şahmat turniri keçiriləcək

“Böyük qürurla tarixi Şuşada şahmat turnirinin keçiriləcəyini söyləyirəm. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın tarixi mədəniyyət mərkəzi Şuşada şahmat üzrə beynəlxalq turnir keçiriləcək”.
 
Newsport.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib. 
 
O bildirib ki, turnir sentyabrda təşkil olunacaq: “Qarabağ xanlığının sonuncu varisi,  görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan beynəlxalq turnirin təşkilatı məsələləri üzərində iş başlayıb. Təşkilati işlərdə Gənclər və İdman Nazirliyi ilə yanaşı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yaxından iştirak edir. Qadın və kişi şahmatçılar arasında təşkil olunacaq turnir rapid və blits formatında olacaq. 21-24 sentyabr tarixlərində keçiriləcək Şuşa turnirində ölkəmizin və dünyanın məşhur şahmatçılarının iştirakını planlaşdırırıq. Azərbaycan milli komandasının bütün üzvlərinə dəvət göndəriləcək”. 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right