Polşa klubunu "Qarabağ"la oyuna çıxaracaq baş məşqçi bəlli olub

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"inin yeni baş məşqçisi bəlli olub.

Newsport.az-in yerli mətbuata istinadən məlumatına görə, komanda Con van den Broma tapşırılıb. Niderlandlı mütəxəssisin yaxın günlərdə Poznan təmsilçisi ilə rəsmi müqavilə imzalayacağı bildirilib.

O, "Lex"in baş məşqçisi kimi debütünü Ağdam klubuna qarşı ev oyununda gerçəkləşdirəcək.

Qeyd edək ki, "Qarabağ" ilk matçını 5-6 iyulda səfərdə, cavab görüşünü 12-13 iyulda evdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right