FIFA "Neftçi"yə ödəniş etməyən Tunis klubuna transfer qadağası qoyub

FIFA Tunisin "Esperans" klubuna transfer qadağası qoyub.

Newsport.az "TN Sport"a istinadən xəbər verir ki, buna komandanın "Neftçi"dən heyətinə qatdığı Sabir Buqrin üçün ödəniş etməməsi səbəb olub.

Qərara əsasən, "Esperans" qarşıdakı 3 transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək. Klub 827 min manat məbləğində təzminatı ödədikdən sonra qadağa aradan götürülə bilər.

Qeyd edək ki, Sabir Buqrin bu ilin yanvarında "Neftçi"ni "Esperans" klubuna dəyişib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right