Türkiyə çempionu olan məşqçi "Neftçi"ni çalışdıra bilər

Türkiyəli tanınmış məşqçi Ertuğrul Sağlam "Neftçi"ni çalışdıra bilər.

 

Newsport.az xəbər verir ki, bu barədə qardaş ölkənin mətbuatı məlumat yayıb. "Ağ-qaralar" İranın "Traktor" klubunu çalışdıran 52 yaşlı mütəxəssislə danışıqlar aparır. Bildirilir ki, tərəflər arasında ilkin danışıq müsbət yekunlaşıb.

 

Qeyd edək ki, Ertuğrul Sağlam fevral ayından "Traktor"u çalışdırır. Təcrübəli mütəxəssis Türkiyədə "Samsunspor", "Kayserispor", "Beşiktaş", "Bursaspor", "Trazonspor" kimi klublarda işləyib. O, 2010-cu ildə "Bursaspor"u ölkə çempionu edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right