FİFA nümayəndəsinin iştirakı ilə AFFA-da treninq

AFFA-nın inzibati binasında FİFA nümayəndəsi Ties Hannes və “Genius Sport” şirkətinin nümayəndəsi Augustinas Pakulis tərəfindən “Yarışların idarəetmə sistemi” (FCMS) mövzusunda təqdimat və treninqlər keçirilib.

Newsport.az-ın məlumatına görə, iyunun 13-də və 14-də tədbirlərdə Premyer Liqa, Birinci divizion klubları, Region və AFFA U-19 liqalarınına təyinat alan hakimlər, milli komanda, hakimlər departamentinin və Yarışların Təşkil şöbəsinin nümayəndələri iştirak ediblər.

“Yarışların idarəetmə sistemi” “Futbola Qoşul” onlayn qeydiyyat sistemi ilə vahid bir platfoma üzərində sinxronlaşdırılıb. Yeni sistem futbol idarəetməsinin müxtəlif sahələrində müasir rəqəmsal idarəetmə üsullarının tətbiqini davam etdirmək və təkmilləşdirmək imkanları verəcək.

Bura daxildir:

Bütün yaş və səviyyələr üzrə yarışların idarəedilməsi;
Klublar tərəfindən sifarişlərin və protokolların platforma üzərindən doldurulması;
Hakimlik idarəetmə mexanizmi;
Milli komandalar.

“Yarışların idarəetmə sistemi”nin tam tətbiqi 2023/24-cü illər mövsümündən nəzərdə tutulur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right