Rəşad Sadıqov "Zirə"nin fəxri prezidenti haqda yazdı FOTO

Azərbaycan Prezidenti İlham Əliyev məlum olduğu kimi, bu gün Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib.

Newsport.az-ın məlumatına görə, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov instaqram hesabında Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov haqda paylaşım edib.

Sadıqov "Zirə"nin də fəxri prezidenti olan Məmmədov barədə bunları yazıb:

"Əziz dostum və komandamızın fəxri prezidenti Orxan müəllim, bu yola başladığın ilk gündən hər şeyin şahidiyəm. Böyük istək və əzmlə çalışaraq minifutbol federasiyasını yaratdın və bir çox çətinliklərə baxmayaraq Avropa və dünya Minifutbol Federasiyasına üzv qəbul olundunuz. Uzun illər bu komandaya böyük dəstək, qayğı göstərdin və ölkə prezidenti İlham Əliyevin bugünkü qəbulu sənin illərdi həm böyük futbol, həm də minifutbol üçün sərf etdiyin əməyə verilən qiymətin ən böyük göstəricidir. Səni ürəkdən təbrik edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right