"Əsas tilsimi qırmaq idi" - Azər Salahlı

Azərbaycan millisinin futbolçusu Azər Salahlı Millətlər Liqasında Belarusa qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, "CBC Sport" telekanalında danışan müdafiəçi bunları deyib:

"Yaxşı oyun alındı. Yaxşı oyun və yaxşı qələbə alındı. Bizi dəstəkləyən azarkeşlərə həsr edirik. Digər oyunlarda da yaxşı oynamışdıq, ancaq qol imkanlarından yararlana bilmirdik. Bu matç fürsətləri qola çevirə bildik.

Bu matça son oyun kimi çıxdıq. Şükürlər olsun ki, qələbə qazana bildik. Əsas tilsimi qırmaq idi. Qarşıdakı iki oyunda maksimum oynayıb, qalib gəlmək istəyirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right