“Qarabağ”ın “Zəfər Kuboku” baş tutdu

“Qarabağ” Futbol Klubu, Gənclər və İdman Naziliyi və Suraxanı Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə “Zəfər Kuboku” turniri keçirilib.

Newsport.az xəbər verir ki, “Azersun Arena”da baş tutan turnirdə 2009-2010 və 2011-2012-ci il təvəllüdlü Suraxanı məktəbliləri iştirak ediblər.

Suraxanı Rayon İcra Hakimiyyəti Əziz Əzizov turnirin təşkilində dəstəyə görə “Qarabağ” Futbol Klubuna təşəkkür edib, gənclər arasında belə yarışların keçirilməsinin vacibliyini vurğulayıb və turnirin hər il baş tutacağını bildirib.

Klubun baş meneceri Asif Əsgərov da yarış iştirakçılarını salamlayıb və gənclərin diqqətinin idman yarışlarına cəlb edilməsinin əhəmiyyətindən danışıb.

Qarşılaşmalardan sonra qalib komandalara kubok və mükafatlar, eləcə də “Qarabağ” FK-nın forma və atributları təqdim olunub.

Daha sonra klubun baş meneceri Asif Əsgərov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova xatirə hədiyyəsi təqdim edib.

Sonda onu da xatırladaq ki, sözügedən turnir daha öncə mayın 25-də keçirilməli idi. Lakin həmin vaxt hava şəraiti ilə əlaqədar bu turnir təxirə salınmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right