"Millidə oynamaq çox çətindir" - Şahruddin Məhəmmədəliyev

“Çox istəyirik ki, sabah qalib gələk. Bizim üçün vacib oyundur. Meydana yalnız qələbə üçün çıxacağıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev sabah Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda Belarusla keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib. O, fikirlərinə belə davam edib:

"Belarusla bir dəfə oynamışıq. Onlar bizdən o qədər də üstün deyil. Biz də başa düşürük ki, nəticə vermək lazımdır. Hər dəfə çalışırıq ki, qalib gələk. Amma hələ ki, alınmır. Bu da bizi sıxır. Epizodlarımız olur, amma vura bilmirik. Sonda da uduzuruq. Millidə oynamaq çox çətindir. Çünki bütün ölkə sizə azarkeşlik edir. Uduzmaq da çox ağırdır. Yenə də vurğulamaq istəyirəm ki, sabah qalib gəlməliyik. Bir oyun qalib gəlsək, özünəinamı qaytararıq. Çoxdandır ki, qalib gəlmirik".

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belarus görüşü saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right