Georgi Kondratyev: "Hərdən elə təəssürat yaranır ki, sanki mən Braziliya millisini çalışdırıram"

Millətlər Liqasının 4-cü turunun Azərbaycan – Belarus matçından öncə rəqib komandanın baş məşqçisi Georgi Kondratyev mətbuat konfransında çıxış edib. 
 
Newsport.az-ın məlumatına görə, o, sabah keçiriləcək oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb.

- Bakıya hansı əzmlə, hansı istəklə gəlmisiz?
- Bütün oyunlara eyni istəklə yanaşırıq. Hər oyunda istəyimiz eynidi. Bakıya da eyni istəklə gəlmişik.

- Sabah Azərbaycan millisinə qalib gələ bilərsiniz?
- Bir neçə gün əvvəl Azərbaycanla oynamışdıq. Onları yaxşı tanıyırıq. Eyni səviyyədə olan komandalardı. Onsuzda qrupun digər komandaları da eyni gücdədilər. Bu cür matçlarda oyunun taleyini kiçik epizodlar həll edir.

- Azərbaycanda həmyerliniz Aleksey Baqa çalışır. Onunla fikir mübadiləsi aparmışdınız?
- Onunla danışmaq imkanı var idi. Amma mən yox, köməkçilərim danışıb.

- Uğursuz nəticələrə görə Azərbaycanda həm Canni De Byazi, həm də milli tənqid edilir. Sizdə də eyni vəziyyətdi? 
- Elə bizdə də vəziyyət eynidi. Tənqid kifayət qədər çoxdu. Hərdən elə təəssürat yaranır ki, sanki mən Braziliya millisini çalışdırıram.

- Qrupdakı bütün komandalarla artıq qarşılaşmısınız. Qrupdakı ilkin sıramalarını necə görürsüz? 
- Sabah çox vacib oyun olacaq. Ümumiyyətlə, sabah çox həlledici turdu. Çünki ikinci dövrəyə başlayırıq. Hələ ki, heç nəyə aydınlıq gəlməyib.

- Sizi sovet dönəmindən yaxşı hücumçu kimi tanıyırıq. Bakı səfərlərini necə xatırlayırsınız? “Neftçi”də sizin üçün ən arzuolunmaz müdafiəçilər kimlər idi?
- Sizin yaxşı müdafiəçiləriniz var idi. Yaşar Vahabzadənin, Asim Xudiyevin adını çəkə bilərəm. Onlara qarşı oynamaq heç də asan olmayıb. Hətta bəzi futbolçularınızla dostluq münasibətlərim qalıb. Bu sırada İsgəndər Cavadovun adını çəkə bilərəm. Oyunlarımız çox yaxşı keçirdi. Azərbaycana səfər etmək hər zaman xoşdu. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right