Azərbaycanlı forvard "Qəbələ"də qaldı

Ötən mövsüm "Qəbələ"nin heyətində bombardirlik keyfiyyətini göstərən Ülvi İsgəndərov yeni mövsümə hansı komandada başlayacağına aydınlıq gətirib.

Newsport.az saytına forvardın özünün verdiyi məlumata görə, hücumçu 2022/2023 mövsümündə də “Qəbələ”də oynayacaq.

Onun xidmətində “Səbail”, “Sumqayıt”, “Kəpəz” klubları maraqlı olsa da, forvard bölgə klubunda qalmağa üstünlük verib.

24 yaşlı forvard “Qəbələ” yetirməsidi və “Sumqayıt” da da icarə əsasında çıxış edib. Forvard ötən mövsüm 6 qol vuraraq İsnik Alimidən sonra komandanın ikinci ən çox qol vuran futbolçusu olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right